"Kəpəz" "Neftçi"nin bəyanatına cavab verdi

21:29 28 Noyabr 2016

Xəbər verdiyimiz kimi, "Neftçi" "Kəpəz"lə qarşılaşmada baş verən xoşagəlməz hadisə ilə bağlı bəyanat yayıb. Paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində dünən baş tutan qarşılaşmada baş verənlərə münasibət bildirmişdi.


Sportarena.az xəbər verir ki, Gəncə klubu da "Neftçi"yə cavab olaraq bəyanat yayıb.


"Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” oyununda baş verənlərlə bağlı Gəncə klubunun bəyanatı!


“Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyyə olunub.
Bundan başqa oyundan sonra “Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması haqda deyilənlər həqiqətə uyğun deyil.


Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə “Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb.


Onu da bəyan edirik ki, Mehman Allahverdiyev (“Neftçi” tərəfindən kluba göndərilən məktub onun adına ünvanlanıb) bu ilin sentyabr ayının 22-dən etibarən klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və bu post Cabir İbrahimova tapşırılıb."


Digər xəbərlər

Xəbər xətti