İngiltərə millisini Kot-d-İvuara dəyişdi

00:50 29 Noyabr 2016

İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas”ın futbolçusu Uilfred Zaha yığma komandasını dəyişib.

 24 yaşlı cinah futbolçusu Kot-d-İvuar millisinin uğurları üçün tər tökəcək. Ölkə Federasiyasının müraciətinə FİFA müsbət cavab verib.

Qeyd edək ki, Zaha İngiltərənin U-19 və U-21 yığmasında çıxış edib. Bundan əlavə, millinin əsas komandasında 2 yoxlama matçında da iştirak edib.


Xəbər xətti