Futbolçuları daşıyan təyyarə qəzaya düşdü - FOTO

11:58 29 Noyabr 2016

Kolumbiyada göyərtəsində 72 sərnişin olan təyyarə qəzaya uğrayıb.


Sportarena.az xəbər verir ki, sərnişinlər arasında Braziliyanın "Şapekoense" klubunun futbolçuları, məşqçiləri və nümayəndələri də olub.


Təyyarə Medeylin hava limanına eniş etməli olsa da, Kolumbiya meşəsində qəza enişi edib.
 

Çarter reysi ilə hərəkət edən təyyarə Braziliyanın "Şapokoense" klubunu  Kolumbiyaya aparırdı. Komanda ölkə kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün Medellinə gedirdi. 

Yoxa çıxan təyyarənin qalıqları Kolumbiya meşəliklərində tapılsa da, hələlik ölənlər və sağ qalanlar barədə  məlumat yoxdu.


Digər xəbərlər

Xəbər xətti