PSJ Messi ilə danışıqlara başladı

12:58 29 Noyabr 2016

PSJ "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək istəyir.


Sportarena.az xəbər verir ki, PSJ-nin idman direktoru Patrik Kluyvert futbolçunu Paris klubuna gətirmək üçün hazırlıqlara başlayıb. O, bu işdə vasitəçi rolunu oynayır. Məlumata görə, Paris klubunun nümayəndələri artıq futbolçunun atası və agenti olan Xorxe Messi ilə də danışıqlara başlayıb.


Qeyd edək ki, L.Messinin "Barselona" ilə 2018-ci ilə bitəcək müqavilənin müddətini uzatmaq təklifini rədd etdiyi bildirilir.


Xəbər xətti