"Xəzər Lənkəran" və "İnter"in sabiq oyunçuları qəzaya uğrayan təyyarədə olub

13:37 29 Noyabr 2016

Xəbər verdiyimiz kimi, Braziliyanın "Şapokoense" klubunu Kolumbiyaya aparan təyyarə qəzaya uğrayıb. 
 

Sportarena.az xəbər verir ki, qəzaya uğrayan təyyarədə "Xəzər Lənkəran" və "İnter"də çıxış etmiş iki futbolçu da olub. Həmin futbolçular Filipe Joze Maçada və Tiyeqo de Xesus hazırda "Şapokoense"də çıxış edir. 

 
Maçado 2010/11 mövsümündə Bakı "İnter"inin şərəfini qoruyub. 32 yaşlı müdafiəçi "bankirlər"in heyətində 9 oyuna çıxıb.

 
Tieqo isə "Xəzər Lənkəran"da forma geyinib. O, cənub klubunun heyətində 29 oyun keçirib və 2 qol vurmağı bacarmışdı. 
 

Qeyd edək ki, "Şapokoense” Sudamerikana kuboku çərçivəsində "Atletiko Nasional" klubu ilə qarşılaşacaqdı. Matç dekabr ayının 1-nə təyin olunmuşdu. 


Digər xəbərlər

Xəbər xətti