Sadio Tounkara: "Yəqin ki, "Xəzər Lənkəran" azarkeşləri məni unutmayıb"

13:57 29 Noyabr 2016

"Xəzər Lənkəran"ın sabiq legioneri Sadio Tounkaranı AZAL-la müqavilə imzlamaq üçün Azərbaycana gəlib.
 

Sportarena.az malili futbolçunun müsahibəsini təqdim edir:
 

- "Xəzər Lənkəran"dan ayrılan ərəfədə bir balaca zədəm var idi. Həmin vaxt diqqəti müalicə prosesinə verdim.  Bir müddət sonra Kiprdən təklif gəldi, mən də bunu dəyərləndirdim.

 
- "Enosis"lə müqaviləni niyə uzatmadız?
- Bu komanda birinci dəstəyə düşdüyündən, orda qalmağın mənası yox idi. "Enosis"dən qayıdandan sonra futbolsuz qalmamışam. Hər gün məşq etmişəm. Malidə əvvəllər formasını geyindiyim klubun düşərgəsində hazırlaşmışam. Yəni, hazıram.
 

- Bildiyimizə görə, AZAL-dan öncə də Azərbaycan klubları səninlə maraqlanıb. Məsələn, "Şəmkir". Niyə bu təklifləri dəyərləndirmədin?
- Uzun illər Azərbaycan Premyer Liqasında oynamışam. Yəqin ki, "Xəzər Lənkəran" azarkeşləri məni unutmayıb. Mən nəyə qadir olduğumu bilirəm. Birinci divizionda oynamaq mənim üçün çox tezdi. Ad və təcrübə puldan vacibdi. Bilirəm ki, AZAL-da özümü göstərsəm, Azərbaycanda yenə hamı məndən danışacaq.
 

- AZAL barədə məlumatın var?
- Komandanın maliyyə vəziyyətinin elə də yaxşı olmadığını bilirəm.  

 
- Yeni komandan turnir cədvəlinin son pilləsindədi…
- Bundan da xəbərdaram. AZAL-a vaxt keçirməyə gəlməmişəm. Bu komandanın baş məşqçi Azərbaycana qayıtmağımı çox istədi. Mənim bura gəlməyimin səbəbkarı odu. Tərlan Əhmədovun israrı və məndən çox şey gözləməsi xoşuma gəldi. Agentimlə, məni tanıyan şəxslərlə məsləhətləşdim, onlar da məsləhət gördü ki, AZAL-ı seçim. Düzgün seçim etdiyimə əminəm. AZAL-ın maliyyə imkanları zəif olsa da, ötən mövsüm çempionatda yaxşı çıxış etdilər və 7-ci yeri tutdular. Bu mövsüm də həmin nəticəni təkrarlamaq olar. İnanıram ki, yeni komandam nəinki Premyer Liqada qalacaq, hətta iki-üç pillə yuxarı qalxacaq. Liderlər qrupunda olan rəqiblərlə aramızdakı 10 xallıq fərq var və biz bunu aradan qaldıra bilərik. Əlimdən gələni edəcəm ki, Tərlan Əhmədovun mənə bəslədiyi etimadı doğruldum.  (sportinfo.az)


Xəbər xətti