"Bavariya" Riberi ilə yeni müqavilə imzaladı

14:31 29 Noyabr 2016

“Bavariya” klubu yarımmüdafiəçisi Frank Riberi ilə müqavilənin müddətini uzadıb.


Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Futbolçu ilə 2017-ci ilin yayında başa çatacaq müqavilənin müddəti daha bir illiyə - 2018-ci ilin yayına qədər uzadılıb.


Xatırladaq ki, fransalı futbolçu 2007-ci ildən Münhen klubunda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti