Millimizin üzvü Hollandiyada 3 xala sevindi

16:13 29 Noyabr 2016

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 16-cı turun oyunları keçirilib.
 

Azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "Axilles 29" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
 

Ziya bu görüşün 30-cu dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb.
 

Qeyd edək ki, "Den Boş" 16 turdan sonra 20 xalla 20 komanda arasında 13-cüdür.


Digər xəbərlər

Xəbər xətti