Cənubi Amerika futbolunda xaos - bütün beynəlxalq oyunlar təxirə salındı

17:35 29 Noyabr 2016

Braziliya prezidenti Mişel Temer "Şapekoense" klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib.


Sportarena.az xəbər verir ki, hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub. Bununla yanaşı, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 


Məlumata görə, belə qərarın verilməsinə Braziliyanın "Şapekoense" klubunun futbolçularının da olduğu sərnişin təyyarəsinin Kolumbiyada qəzaya uğraması səbəb olub.


Son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qala bilib.


Xəbər xətti