"Azərsun Arena"da matç bitsə də, gərginlik bitmir: "Qəbələ" rəsmiləri açıqlama tələb edir

21:21 29 Noyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun son turunda "Qarabağ" doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Sportarena.az-ın stadionda olan əməkdaşının məlumatına görə, oyunun son dəqiqələrində baş hakim Rəhim Həsənovun "Qəbələ"nin qapısına təyin etdiyi penalti "Qəbələ" futbolçularının etirazına səbəb olub. Oyun bitdikdən sonra "Qəbələ"lilər hakimə alqışlayaraq, "Qəbələ", "Qəbələ" şüarları səsləndiriblər. 
"Qəbələ" rəsmiləri  matçdan sonra geyinib - soyunma otağına gələrək hakimlərdən açıqlama tələb edir.  "Azərsun Arena"da gərginliyə polislər müdaxilə ediblər. HAdisə yerinə  PFL prezidenti Ramin Musayev də gəlib. O, "Qəbələ" rəsmilərini sakitləşdirməyə çalışır.
 

 


Digər xəbərlər

Xəbər xətti