Qriqorçukdan ayrılıq siqnalı: "Artıq çox yorulmuşam və evə getmək istəyirəm"

21:19 29 Noyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 13 tura "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulub - 2:1.


Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Roman Qriqorçuk bunları deyib:

"Oyun çox maraqlı keçdi. Hər iki komandanın ifasında maraqlı oyun gördük. 


Çox təəssüflər olsun ki, hakimlərlə bağlı ürəkaçan heç nə demək mümkün deyil. AZAL-la oyunda da hakimliklə bağlı bəzi epizodlar var idi. Mən rəhbərliyə də bu haqda demişəm. 


Artıq çox yorulmuşam və evə getmək istəyirəm. Amma komandamı da pis vəziyyətdə qoymaq istəmirəm. Bu, onlara pisxoloji təsir edəcək. Ona görə düşünürəm ki, komandamın yanında olmalıyam. Top futbolçunun üz nahiyyəsinə dəyir və bu qərar penalti olur..."


Digər xəbərlər

Xəbər xətti