Qurban Qurbanovdan futbolçusunun qeyri-etik jestinə münasibət: "Mənim komandamda belə oyunçu ola bilməz"

22:09 29 Noyabr 2016

Azərbaycan Premyer Liqasını XIII turunun son matçında “Qarabağ” “Qəbələ”ni məğlub edib – 2:1.

Sportarena.az xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Qurban Qurbanov Ağdam klubunun ehtiyat qapıçısı Şahrudin Məhəmmədəliyev qol sevinci zamanı “Qəbələ”li futbolçulara əli ilə təhqiramiz jestinə münasibət bildirib:

"Əgər elə hal olubsa, mütləq cəzalanacaq. Amma mən onu tanıdığım üçün deyirəm ki, ola bilsin, sevinmək hərəkəti olub. Lakin siz deyən kimidisə, bu, qeyri-etikdi və ona görə mütləq cəzalanacaq. Mənim komandam da belə oyunçu ola bilməz. Ondan elə hərəkət gözləmərəm."
 


Digər xəbərlər

Xəbər xətti