Asif Məmədov Həsənovu ifşa etdi: "Əjdaha, sən görmədin, harasına dəydi?"

00:07 30 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 13-cü turunda baş tutan "Qarabağ" - "Qəbələ" (2:1) matçının son dəqiqələrində futbolçular arasında insident yaşanıb.

Matçdan sonra jurnalistlərə danışan "Qəbələ"nin futbolçusu Asif Məmmədov sportarena.az-ın əməkdaşının suallarını da cavablandırıb. Məmmədov baş verənləri belə şərh edib:

"Çox gözəl oyun keçdi.  Hakim yaxşı olsaydı, daha da yaxşı oyun olardı. Amma belə hakimliklə Azərbaycan futbolu qabağa gedə bilməyəcək. Ən az potensialı olan referi Rəhim Həsənovdur. Hansı oyuna düşürsə, belə olur. Onun yanındayam, penaltini verəndən sonra deyir ki, əjdaha, sən görmədin,  harasına dəydi? Bilmədim dördüncü hakimə dedi, yoxsa yan hakimə. Deyirəm ki, görmürsən bizim oyunçunun ağzı qanayıb? Epizodu görməmisənsə, niyə penalti verirsən? O da heç nə demir. Görməmisənsə, demək ki, burada qərəz var. Belə şey olmaz. Xalımızı əlimizdən aldılar. Mübahisəyə gəlincə, anlaşılmazlıq oldu. Rəqib oyunçular düzgün olmayan hərəkətlər etdi. Qol vurmusan, lap yaxşı. Belə hərəkətlər lazım deyil. Bunu azarkeşlər etsə, başa düşmək olar. Futbolçu edirsə, deməli onun səviyyəsi də ora qədərdir.

 


Digər xəbərlər

Xəbər xətti