Rəşad Sadiqov: "Paçan"dı da, belə adamları döyərlər"

00:50 30 Noyabr 2016

"Çempionatın lider komandaları oynayırdı. Matçın bu qədər dramatik olacağını gözləmirdik. Sadəcə hakim bütün oyunu korladı. Belə penalti verməzlər. Penaltini verəndən sonra yan hakimdən soruşur ki, harasına dəydi? Sən bunu görməmisənsə, necə penalti verirsən? Futbolçumuz ağzın da göstərdi, qan idi. Ağzına dəymişdi. Belə oyunlardan sonra çempionluq əldən gedir. Bundansa 7 komanda oynayaq, Avropa Liqası üçün mübarizə aparaq."

Bu sözləri "Qarabağ" 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin futbolçusu Rəşad Sadıqov oyundan sonra jurnalistlərə açıqlama verərəkən deyib. Sadıqov "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevlə arasında yaşanan mübaisədən bunları deyib:

"Dünənki uşaqdır, qolu vurmusuz, gedin qıraqda sevinin də. Dönüb bizim tərəfə jest edir. Mən də yaxınlaşdım ki, nə edirsən. Sözümü dedim, itələdim də. Bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. "Paçan"dı da, belə adamları döyərlər, yeri gəlsə, öldürərlər. Uşaqdı, yerini bilməlidir."
 


Digər xəbərlər

Xəbər xətti