"Kəpəz"in futbolçusu: "Neftçi"dən Bakı məğlubiyyətinin revanşını almaq istəyirdik"

12:35 30 Noyabr 2016

“Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq.". 


Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in hücumçusu Julien Ebah klubun rəsmi saytına "Neftçi" ilə oyunu şərh edərkən deyib.


Kamerunlu futbolçu matçın çox çətin olduğunu bildirib:
"Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.


Digər xəbərlər

Xəbər xətti