Milli komandamız Gürcüstana yollandı

12:58 30 Noyabr 2016

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.


Sportarena.az xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.


Ötən gündən start götürən toplanışa  olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi güclü cüdoçuları aparılıb.


Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.


Xəbər xətti