"Kəpəz"lə matç öncəsi "Qəbələ"də ciddi itki

13:34 30 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 14-cü turunda "Kəpəz"lə qarşılaşacaq "Qəbələ" klubu bu matça ciddi itki ilə çıxacaq.


Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Ürfan Abbasov sözügedən qarşılaşmada iştirak etməyəcək. Buna səbəb futbolçunun "Qarabağ"la matça sarı vərəqə ilə cəzalanaraq, limiti doldurmasıdır.


Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı dekabrın 17-də keçiriləcək.


Xəbər xətti