"Qarabağ"da daha bir itki

15:11 30 Noyabr 2016

"Qarabağ" Azərbaycan Premyer Liqasının 14-cü turunda "İnter"lə qarşılaşacağı matç öncəsi daha bir itki ilə üzləşib.


Sportarena.az xəbər verir ki, komanda Maksim Medvedev və Riçard Almeydadan sonra Coşqun Diniyevin də köməyindən məhrum olub. Buna səbəb futbolçunun AFFA tərəfindən cəzalandırılmasıdır.


Belə ki, "Qəbələ" ilə matçın 90+4-cü dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Bu səbəbdən o, 2 oyunluq cəzalanıb.


Qeyd edək ki, Maksim Medvedev 1, Riçard Almeyda isə 4 oyunluq cəzalanıb.


Xəbər xətti