Beyl 4 ay oynamayacaq

16:11 30 Noyabr 2016

"Sportinq"ə qarşı keçirliən matçda sağ ayağından zədələnən "Real"ın futbolçusu Qaret Beyl  əməliyyat olunub.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan əməliyyat uğurlu keçib. Məlumata görə, uelsli futbolçu 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Sportinq" - "Real" matçında İspaniya klubu 2:1 hesablı qələbə qazanıb.


Xəbər xətti