17 yaşlı futbolçu "Liverpul"da tarix yazdı

21:03 30 Noyabr 2016

Benjamin Vudborn "Liverpul" formasıyla qol vuran ən gənc futbolçu ünvanının sahibi olub.


Sportarena.az xəbər verir ki, İngiltərə Liqa Kubokunda "Lids Yunayted"i 2-0 məğlub edən "Liverpul" yarımfinala yüksəlib. Ancaq matçdan çox "Liverpul"un yeni ulduzu gündəmə gəlib.


Qarşılaşmanın 67-ci dəqiqəsində Stüartın əvəzinə oyuna girən 17 yaşlı Benjamin "Liverpul" formasıyla qol vuran ən gənc futbolçu olaraq tarixə keçib.


Maykl Ouenin rekordunu əlindən alan Vudborn, eyni zamanda sosial şəbəkələrdə ən çox danışılanlardan biri olmağı bacardı. Klub azarkeşləri "Twitter" vasitəsilə etdikləri paylaşmalarda Vudbornun "Mançester Yunayted"in gənc futbolçusu Reşforddan daha yaxşı olduğunu qeyd edərkən, Zidana oxşadığına dair də bənzətmələr edildi.


Digər xəbərlər

Xəbər xətti