Donnarummaya rekord məbləğdə müqavilə təklif edilir

21:30 30 Noyabr 2016

İtaliya Serie A-nın ən gənc qapıçısı və Buffonun varisi olaraq görünən Donnarumma fevral ayında 18 yaşına qədəm qoyacaq. 


Sportarena.az xəbər verir ki, bir müddətdir "Yuventus"un hədəfində olan, ancaq bu mövsüm çempionluğun ən iddialı namizədlərindən "Milan" bu oyunçunu əlindən qaçırmaq istəmir. Bu səbəblə irəlidəki günlərdə özünə rekord müqavilə təklif ediləcəyi italyan mətbuatında yer alıb.


"Milan"ın aşağı yaş komandalarında da oynayan gənc qolkiper üçün Çin liqasından 5 illik təklif olacağı bildirilir. Qapıçının yay transfer pəncərəsində transfer təklifinə hansı cavabı verəcəyi maraqla gözlənilir.


Digər xəbərlər

Xəbər xətti