Useyn Bolt futbolda oynamaq istədiyi mövqeni açıqladı

22:43 30 Noyabr 2016

Məşhur spirinter Useyn Bolt növbəti dəfə bəyan edib ki, yüngül atletika karyerasını başa vurduqdan sonra futbolla məşğul olmağa başlayacaq.

O, İngiltərədə qatıldığı radio proqramlarından birində bildirib. U.Bolt deyib ki, yalnız məşqlərdə təcrübə yığdıqdan sonra oyunlarda iştirak etmək istəyir:

"Birdən-birə yaşıl meydanlarda olmaq istəmirəm. Əvvəlcə məşq edırək təcrübə toplamaq, sonra oynamaq niyyətindəyəm. Məşqlərdə çox şey öyrənə bilərəm. Hücumda və ya cinahlarda oynamağı sevirəm. Sürətimdən bu mövqelərdə istifadə edə bilərəm".

Qeyd edək ki, U.Boltun "Borussiya"da (Dortmund") məşqlərə başlayacağı gözlənilir. Məlumatı Almaniya klubu da təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti