Təsdiqləndi: İnyesta "Real"a qarşı oynayacaq

23:11 30 Noyabr 2016

"Barselona"nın baş məşqçisi Luis Enrike 14-cü turda Madrid "Real"ı ilə oyunda Andres İnyestanın xidmətindən istıfadə edə biləcək. Bu barədə Marca qəzeti məlumat verib.
Mütəxəssis qeyri-adi hadisə baş verməyəcəyi halda onu heyətə salacaq. Xatırladaq ki, İnyesta oktyabrın sonunda Valensiya (3:2) ilə oyunda zədələnmişdi. "Barselona" ilə "Real"ın görüşü isə dekabrın 3-ü keçiriləcək.


Xəbər xətti