Gözlənilən oldu: Mourinyo cəzalandırıldı

01:10 1 Dekabr 2016

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"ə qarşı matçda futbolçusu Pol Poqbaya verilən sarı vərəqə ilə bağlı qərara sərt şəkildə etiraz etməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 1 oyunluq cəzalandırılıb.

Bu isə o deməkdir ki, Mourinyo ölkə çempionatının 14-cü turunda "Everton"la görüşü buraxacaq.

J.Mourinyo 16 min funt sterlinq məbləğində cərimələnib.

"Mançester Yunayted"in baş məşqçisinin cəza ilə bağlı qərarlarla razılaşdığı bildirilib.

Qeyd edək ki, J.Mourinyo P.Poqbaya verilən sarı vərəqədən sonra butulkaya təpiklə vurub və öz narazılığını hakimə bildirib. Bu hərəkətlərinə görə, hakim tərəfindən tribunaya göndərilib.
 


Xəbər xətti