"Fənərbaxça" öz meydanında məğlub oldu

01:30 1 Dekabr 2016

"Fənərbağça" Türkiyə kubokunun qrup mərhələsinə məğlubiyyətlə başlayıb. İstanbul klubu doğma divarlar arasında "Gənclərbirliyi" ilə qarşılaşıb. 

Meydan sahibləri artıq 10-cu dəqiqədə meydanda azlıqda qalıblar. İsmayıl Köybaşı qırmızı vərəqə ilə cəzalanıb. Azlıqda qalan "Fənər" 24-cü dəqiqədə hesabı açıb.  Yigithanın zərbəsi dəqiq alınıb. 

İkinci hissədə daha yaxşı oynayan Ankara klubu 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Rantie dəqiq oynayıb. 77-ci dəqiqədə Kahveçi "Gənclərbirliyi"nə qələbə qazandırıb - 2:1.


Digər xəbərlər

Xəbər xətti