Beyl nə zaman qayıdacaq?

13:30 1 Dekabr 2016

Dünən əməliyyat olunan "Real"ın futbolçusu Qaret Beylin yaşıl meydanlara dönəcəyi vaxt məlum oldu. 


Sportarena.az xəbər verir ki, bu barədə "As" qəzeti məlumat yayıb.

Məlumata görə, uelsli futbolçunun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilsə də, bu vaxt bir qədər uzanacaq. Belə ki, son tibbi müayinədən keçən yarımmüdafiəçi gələn ilin aprel ayında məşqlərə başlayacaq. Beləliklə, o, bu müddət ərzində 25 oyun buraxacaq.


Xatırladaq ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Sportinq"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnmişdi.


Digər xəbərlər

Xəbər xətti