"Şəmkir"də yeni təyinat

15:32 1 Dekabr 2016

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" Futbol Klubunda yeni təyinat gerçəkləşib. 


Klubdan sportarena.az-a verilən məlumata görə, tarixində 3 dəfə Azərbaycan çempionu olan komandaya yeni idman direktoru təyin olunub. Artıq bu vəzifəni futbol ictimaiyyətinə tanış olan bir sima - Vaqif Əliyev icra edəcək. 


Xatırladaq ki, Vaqif Əliyev daha öncə "Simurq" Peşəkar Futbol Klubunda İcraçı direktor və klubun prezidentinin müşaviri vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti