Ramil Şeydayevin "Trabzonspor"da növbəti sınağı

16:35 1 Dekabr 2016

Türkiyə kubokunun qrup mərhələsinin 1-ci turunun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi geyindiyi "Trabzonspor" klubu ilk matçını keçirəcək. Qara dəniz təmsilçisi doğma meydanında "Gümüşhanespor"u qəbul edəcək.
 

Ramil Şeydayevin Bakı vaxtı ilə 21:30-da başlayacaq qarşılaşmada iştirak edəcəyi gözlənilir. 
 

Xatırladaq ki, Şeydayev Super Liqada debüt etməyib. Gənc forvard kubok oyunlarında 2 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti