Cavid Qarayev: "Ən yeni il" konserti Olimpiya Stadionunun ot örtüyünə zərər verməyəcək"

17:51 1 Dekabr 2016

31 dekabr tarixində Bakı Olimpiya Stadionunda (BOS) "Ən yeni il" adlı konsert keçiriləcək.


Sportarena.az xəbər verir ki, bu gün sözügedən konsertin mətbuat konfransı keçirilib. Konfransda iştirak edən Bakı Olimpiya Stadionun baş direktoru Cavid Qarayev jurnalistlərə açıqlamasında bu konsertin stadionun ot örtüyünə heç bir ziyan verməyəcəyini bildirib. Onun sözlərinə görə, stadion təkcə futbol oyunları üçün deyil, digər tədbirlərin, eləcə də konsertlərin keçirilməsi üçün nəzərdə tutulub. O, bildirib ki, konsert zamanı ot örtüyünün yararsız hala düşməməsi üçün müvafiq tədbirlər görüləcək. 

Cavid Qarayev sonda onu da bildirib ki, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı stadionu oyunların təşkilati komitəsinə həvalə edəcəklər. Beləliklə, İslam Həmrəylik Oyunlarının bir sıra tədbirləri BOS-da keçiriləcək.


Xəbər xətti