Sadio Tounkara yenidən Azərbaycan klubunda - FOTO

10:11 2 Dekabr 2016

AZAL Futbol Klubu daha bir transferi rəsmiləşdirib.


Sportarena.az xəbər verir ki, Sadio Tounkaranın keçidi nəhayət baş tutdu. Bu gün müqaviləyə imza atan malili futbolçu ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub. Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq. 


Qeyd edək ki, sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyən Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.


Xəbər xətti