"Neftçi" veteranı unutmadı

01:17 3 Dekabr 2016

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş "Neftçi” – "Şərurspor” oyunundan (2:0) əvvəl 30 noyabr tarixinin "Neftçi”, ümumilikdə Azərbaycan futbolu üçün əlamətdar gün olduğu, 50 il öncə məhz həmin tarixdə "Neftçi”nin SSRİ çempionatının Güclülər dəstəsinin bürünc medallarını qazandığı xatırlanıb. Həmin mükafatçılardan "Bakcell Arena”ya təşrif buyurmuş əfsanəvi veteran Yaşar Babayev azarkeşlərin alqışları ilə meydançaya dəvət edilib. Bürünc yubilyara "Neftçi” klubunun xüsusi hədiyyəsi olub. Hədiyyəni veteran futbolçuya kubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şura üzvü, veteran futbolçu Səməd Qurbanov təqdim ediblər. 


Xəbər xətti