Formula 1-in çempionu karyerasını başa vurdu

11:12 3 Dekabr 2016

Niko Rosberq karyerasını başa vurub.


Sportarena.az xəbər verir ki, məşhur alman pilot Formula 1-də çempion olandan sonra bu qərara gəlib.


31 yaşlı idmançı "Feysbuk" səhifəsində yazıb: "25 il ərzində avtoyürüşlərdə Formula 1 çempionu olmağı arzulamışam. Mən bunu bacardım. Artıq yeni həyata başlamağın vaxtı çatıb".


Qeyd edək ki, "Mercedes" komandasının pilotu N.Rosberq iyunun 19-da Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin də qalibi olub.


Digər xəbərlər

Xəbər xətti