"Mançester Yunayted" "Ayaks"ın 16 yaşlı futbolçusunu transfer etdi

13:33 3 Dekabr 2016

"Mançester Yunayted" Hollandiyanın U-17 millisinin və "Ayaks"ın U-17 komandasının kapitanı Millen Baarı transfer edib.

Bu barədə 16 yaşlı oyunçunun atası məlumat verib.

O deyib ki, oğlu ilə "MY" ilə yanaşı, "Çelsi", "Arsenal"a klubları da maraqlanıb.  Ancaq M.Baars "MY"ya getməyi seçib.


Xəbər xətti