"Şəmkir"də yeni məşqçi

14:30 3 Dekabr 2016

"Şəmkir” klubunda yeni təyinat qeydə alınıb.
 

Sportarena.az xəbər verir ki, Premyer Liqaya çıxmaq üçün futbolçularla yanaşı, yeni məşqçilər də komandaya cəlb edilir. Artıq qərb təmsilçisi Mehman Yunusovla anlaşıb. Yunusov baş məşqçi Qəhrəman Əliyevin köməkçisi vəzifəsində çalışacaq.
 

Qeyd edək ki, Yunusov "Şəmkir”in həyətində 2 dəfə çempionluq yaşayıb. Onun son iş yeri "Qəbələ” Futbol Akademiyası olub.


Digər xəbərlər

Xəbər xətti