Sadıq Sadıqovun klubunda qeyri-peşəkarlıq

15:09 3 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində ötən gün keçirilən "İnter" - "Qaradağ Lökbatan" matçında diqqət çəkənlərdən biri də Hüseyn Məhəmmədov oldu. 


Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, veteran qapıçı qarşılaşmanı tribunadan izləyirdi.

 
Ancaq o, "Qaradağ Lökbatan" yox, üzərində "Neftçi" loqosu olan "kurtka" geyinmişdi. Bu məqam isə diqqətimizdən yayınmadı. 

 
Aydın məsələdi ki, ona bu geyim vaxtı ilə çalışdığı "Neftçi"də qalıb. Amma rəsmi oyunda klubla müqaviləsi olan birinin başqa komandaya məxsus olan geyimdən istifadə etməsi qeyri-peşəkar addımdı. Əgər klubun himayədarı olan Sadıq Sadıqov "Qaradağ Lökbatan"a lazımı diqqəti ayırsaydı, komandanı geyim dəsti ilə təmin etsəydi, yəqin ki, Hüseyn bəy də oyuna üzərində "Neftçi" loqosu olan "kurtka" ilə gəlməzdi.
 

Maraq üçün bildirək ki, "Qaradağ Lökbatan" Hüseyn Məhəmmədovla futbolçu kimi müqavilə imzalayıb. Amma o, klubda qapıçılar üzrə məşqçi işləyir. Onun oyunu tribunadan izləməsinə gəlincə, buna səbəb Məhəmmədovun tələb olunan lisenziyaya sahib olmamasıdır.


Digər xəbərlər

Xəbər xətti