Almaniya kubokunda yeni qayda

17:13 3 Dekabr 2016

Almaniya futbolunda maraqlı qərar verilib.


Sportarena.az xəbər verir ki, bu ölkənin kubok qarşılaşmalarında üç yox, dörd əvəzləmə etməyə icazə verilib.


Bununla bağlı turnirin reqlamentində dəyişiklik olunduğunu Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidməti açıqlayıb.


Qeyd edək ki, həmin yenilik matça əlavə vaxt - 30 dəqiqə təyin olunduğu təqdirdə şamil olunacaq. Yeni qayda bu gündən qüvvəyə minib.


Digər xəbərlər

Xəbər xətti