Şahin Diniyev: "Çempionatda onları oynatmaq çətin olur"

Sportarena.az      4 Dekabr 2018, 17:03

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında birinci divizion təmsilçisi “Şahdağ”a 5:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb.


Sportarena.az xəbər verir ki, o, oyundan sonra açıqlamasında bunları deyib deyib:


“İlk yarıda rəqibə təzyiq etdik ki, bizə lazım olan hesabı təmin edək və sonra rahat oynayaq. Bu matçda Premyer Liqada oynamayan, əvəzedici heyətdən çağırdığımız futbolçuların çıxış etməsini istəyirdim. Gəncə futbolunun inkişafı üçün o gənclər indidən yavaş-yavaş öyrənməlidirlər. Çempionatda onları oynatmaq çətin olur, amma zaman-zaman belə imkan yaradırıq”.


Ş.Diniyev komandasının qələbəyə layiq olduğunu söyləyib: “Oyunun asan keçməsində oyunçularımızın rolu var. Hər bir görüşə ciddi yanaşmaq lazımdır, bu gün biz də elə etdik. Kubok Avropaya çıxış üçün qısa yoldur. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin