"Boavişta"nın baş məşqçisi Kamran Ağayevin durumundan danışdı

18:46 4 Dekabr 2016

Emin Mahmudov və Kamran Ağayevin çıxış etdiyi “Boavişta” klubu Portuqaliya Premyer Liqasının 12-ci turunda səfərdə “Pasuş de Ferreyra” ilə qarşılacaq.

“Boavişta”nın çalışdırıcısı Migel Leal oyun barədə fikirlərini bildirib:

“Ötən turda məğlub olmuşuq. Ardıcıl 2-ci dəfə meydanı qələbə qazanmadan tərk etmək istəmirik. Əlbəttə, çətin olacaq. Amma biz oyunlara qələbə əzmi ilə çıxırıq. Bu görüşdə bizi yalnız 3 xal qane edəcək. Mən problemlərin həllini çözmək üçün buradayam. Bizim oyun fəlsəfəmiz hücum futboludur. Zaman-zaman bunu inkişaf etdirəcəyik. Futbolçuların hamısına şans verəcəm, onlar isə öz növbələrində bu fürsətdən maksimum istifadə etməlidirlər”.

51 yaşlı mütəxəssis ötən günlərdə zədələnən və bir müddət yaşıl meydanlardan uzaq qalcq Kamran Ağayev haqda da danışıb:

“Heyətimizdə 2 itki var. Fabiu Eşpinyo və Kamrn Ağayev bu matçda iştirak etməyəcək. Təbii ki, bu futbolçuların yoxluğu məni narahat edir. Kamran Ağayevin müalicəsi davam etdirilir və onun tez bir zamanda geri dönməsini istəyirik”.

Qeyd edək ki, “Pasuş de Ferreyra” – “Boavişta” matçı dekabrın 5-i Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti