Dmitri Nazarov "fərqləndi", komandası məğlub oldu

21:24 4 Dekabr 2016

Almaniya 2-ci Bundesliqasında XV turun oyunları keçirilir.


Sportarena.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" növbəti oyununa çıxıb.
 
Doğma meydanda "Ştutqart"ı  qəbul edən "Aue" 4:0 hesabı ilə məğlub olub.
 

Nazarov matçın start heyətində yer alıb və 82 dəqiqə meydanda olub. O, matçın 18-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
 

Qeyd edək ki, 15 oyundan sonra aktivində 11 xal olan "Aue" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti