Almaniya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi

22:22 4 Dekabr 2016

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya – Azərbaycan oyununun stadionu müəyyənləşib. Almaniya mətbuatının yaydığı xəbərə görə,  qarşılaşma Kayzerslauterndə yerləşən Fritsa Valter adına Stadionda keçiriləcək. Stadion 47 500 azarkeş tutumuna malikdir. Qeyd edək ki,  oyun 2017-ci il oktyabrın 8-də keçiriləcək.


Xəbər xətti