Sportarena.az
28 Fevral 2017

Azərbaycanlı futbolçu "Spartak"da

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lokomotiv”in əslən azərbaycanlı futbolçusu  Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu “Spartak”da davam etdirəcək.
Bu haqda “Sport-ekspress” qəzetinin saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 2.5 mövsümlük müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı müqavilə bağlanacağı bildirilib. Müqavilənin şərtlərinə əsasən, Səmədov ilinə 1.8 milyon avro qazanacaq. “Lokomotiv”də isə futbolçu bir qədər çox – mükafatlar da daxil olmaqla ilinə 2 milyon avro gəlir əldə edir.
Qeyd edək ki, “Lokomotiv”in baş məşqçisi Yuri Syomin Səmədovu əvəzedici heyətə göndərib.
Əlavə edək ki, bu gün “dəmiryorçular”ın yarımmüdafiəçisi Petar Şkuletiç İntagram hesabından Səmədovla şəklini paylaşaraq onunla vidalaşıb və gələcək karyerasında uğurlar arzulayıb.

Tarix
04.12.16 [23:10]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

28 Fevral
27 Fevral 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio