Baş məşqçi Ardanı günahkar bildi: "Onun lazımsız qayda pozuntusuna görə qol buraxdıq"

23:55 4 Dekabr 2016

"Oyunda üstün tərəf idik. Bizim üçün yaxşı nəticə olmadı. Qələbəni əldən verən biz olduq”.

Bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike “Real”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis qələbəni əldən verdikləri üçün türkiyəli yarımmüdafiəçi Arda Turanı qınayıb:
“Arda lazımsız qayda pozuntusu etdi və Serxio Ramos qapımıza qol vurdu. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi”.


Digər xəbərlər

Xəbər xətti