"Qəbələ"nin səfər planı müəyyənləşdi

11:52 5 Dekabr 2016

Avropa Liqasında çıxış edən "Qəbələ" qrup mərhələsinin sonuncu turunda Almaniyada "Maynts"ın qonağı olacaq.
 

Sportarena.az xəbər verir ki, artıq təmsilçimizin səfər planı bəlli olub. "Qırmızı qaralar" dekabrın 7-də Almaniyaya yollanacaq. Çarter reysindın istifadə edəcək təmsilçimizin uçuş saatı 10:30-da olacaq. Komanda bu dəfə Qəbələ şəhərinin hava limanından yola düşəcək.
 

Qeyd edək ki, Avropa Liqasının VI turunda baş tutacaq "Maynts" - "Qəbələ" oyunu dekabrın 8-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti