"Fiorentina" Bakıya nə vaxt gəlir?

18:07 5 Dekabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək. 


Artıq İtaliya klubunun Bakıya hansı tarixdə gələcəyi məlum olub. Florensiya təmsilçsi oyundan bir gün öncə Bakıda olacaq. Əldə etdiyimiz məlumata görə, qonaqlar üçüncü gün saat 16:30-da Heydər Əliyev adına hava limanına enəcək. Səfər müddətində İtaliya təmsilçisi "Hilton" otelində qalacaq. "Qarabağ" - "Fiorentina" matçında qonaqları 100-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir. 


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.a


Digər xəbərlər

Xəbər xətti