"Qarabağ"ın oyununa azarkeş marağı: anşlaq olacaq

22:18 5 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu üçün biletlər bu gün satışa çıxarılıb. 

Sportarena.az xəbər verir ki, bletlərin satışa çıxarıldığı ilk gündə artıq 7 min bilet satılıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov şəxsi "facebook" hesabında məlumat verib. Oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir. 

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti