Millimizin üzvü dubl etdi, komandası 3 xal qazandı

00:10 6 Dekabr 2016

Türkiyə Superliqasının 13-cü turuna yekun vurulub.
Millimizin hücumçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" öz meydanında "Rizəspor"la qarşılaşıb. Gərgin keçən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Bursaspor"un vurduğu hər iki qolun müəllifi Dəniz yılmaz olub. Start heyətində meydana çıxan hücumçumuz matçın 63 və 68-ci dəqiqələrində iki qol vuraraq komandasına 3 xal qazandırıb. Bu qələbə ilə "ağ-yaşıllar" 24 xalla "Fənərbağça"dan cəmi 1 xal geri qalır.

 


Xəbər xətti