Kamran və Emin oynadı, "Boavişta" uduzdu

10:36 6 Dekabr 2016

Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudov "Boavişta" klubunun heyətində Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
 

Sportarena.az xəbər verir ki, komanda səfərdə "Pakoş de Ferreyra"nın qonağı olub. Kamran start heyətdə, Emin isə  57-ci dəqiqədə Silva Samunun əvəzinə meydana  daxil olub.
 

Görüş həmyerlilərimizin 1:2 hesablı məğlubiyyət ilə başa çatıb. İlk yarıda qapısında 2 qol görən "Boavişta"nın gücü yalnız fasilədən sonra hesab arasındakı fərqi minimuma endirməyə çatıb. 

 
Qeyd edək ki, "Boavişta" 13 xalla 13-cüdür.


Digər xəbərlər

Xəbər xətti