Olimpiya çempionumuz dünya reytinqinin ilk pilləsində

12:58 6 Dekabr 2016

Dünya Taekvando Federasiyası (DTF) yeni reytinq siyahılarını açıqlayıb.


Sportarena.az xəbər verir ki, Olimpiya və dünya reytinq cədvəlinin ilk onluğunda Azərbaycan təmsilçisi də yer alıb. Belə ki, millimizin üzvü, Olimpiya və dünya çempionumuz Radik İsayev (+80 kq) Olimpiya reytinq siyahısında bütün rəqiblərindən üstün olaraq, 486,2 xalla ilk pillədə qərarlaşıb.


Dünya reytinqi cədvəlində isə 320,59 xalla R.İsayev ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti