"Dinamo" - "Beşiktaş" matçı öncəsi dava - VİDEO

16:15 6 Dekabr 2016

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Dinamo" - "Beşiktaş" matçından öncə Ukrayna və Türkiyədən olan azarkeşlər arasında toqquşma baş verib.

Sportarena.az xəbər verir ki, zərərçəkənlər barədə məlumat olmasa da, türk fanatlardan birinin barmağının qırıldığı bildirilir. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən uzaqlaşıblar.


Xəbər xətti