"Zirvə" Lənkəranda futbol bayramı yaşatdı - VİDEO

17:36 6 Dekabr 2016

Dekabrın 4-də Cənub Regional Futbol Federasiyası və “Zirvə “ Beynəxalq İdman Klubunun təşkilatçılığı ilə Lənkəran şəhərində Açıq Əyləncəli Futbol Məktəbləri (AƏFM) lahiyəsi ilə bağlı tədbir keçirilib. Yüzə yaxın kiçik yaşlı məktəblilərin iştirakı ilə bir həftə davam edən bu futbol bayramı əsasən Osman Mirzəyev adına Uşaq Evinin balacaları, həmçinin “Zirvə” klubunun üzvləri və məşqçi-müəllimlərini əhatə edib. Bu tədbirdə iştirakçilara AƏFM-nin geyimləri və digər futbol ləvazimatları verilib, uşaqlar çox gözəl vaxt keçirib, əyləniblər. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan bu bayram uşaqlarımızın sağlam böyüməsi, onların idman vasitəsilə böyük həyata addım atması baxımından böyük rol oynadı.


Xəbər xətti